4 Aprel, 2011
Xalq artisti Zeynəb Xanlarovanın adını çəkənlərə mesaj göndərdi

“Bu məsələdə tanınmış adamlardan istifadə etməsinlər”

Bu gün xalq artisti Aygün Kazımova qızı İlqarə İbrahimovanın sosial şəbəkələrdə yayılan video görüntüsü ilə bağlı keçirdiyi mətbuat konfransında bəzi məqamlara tam aydınlıq gətirə bilməyib. 

Qızının yer aldığ videonun müəllifi Orxan Daşqın Hacı-Daşqın oğlunun xalq artisti Zeynəb Xanlarovanın bacısı nəvəsi olduğuna diqqət çəkən jurnalistlərə İlqarənin anası konkret cavab verib: “Burda Orxan və Nicatın görüntüləri var. Bu məsələdə tanınmış adamlardan istifadə etməsinlər”.

A. Kazımova görüntülərin dörd il əvvəl Londonda çəkildiyini deyib. Müğənni videoda görüntülənən oğlanların valideyinləri ilə şəxsən görüşdüklərini də dilə gətirib: “Onların uşaqlarının nöqsanlarını ört-basdır etməyə çalışırdım, amma mümkün deyil. O uşaqlar İlqarəyə həmişə bacı deyə müraciət ediblər. Bilmirəm üzr isəməyi hansı “kişiliklərinə” yaraşdırmırlar...”s

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!