23 Avqust, 2014
Gürcüstan ermənilərin qaz problemini həll etdi

Bu gün saat 10:00 radələrində Gürcüstan ərazisiylə Ermənistana Rusiya qzının verilişi bərpa olunub.

Simsar.az xəbər verir ki, "Gürcüstan Qaz Nəqli Şirkəti"ndən bildiriblər ki, bu, Daryal dərəsində sürüşmə zamanı zədələnmiş magistral qaz kəmərinin bərpa edilməsindən sonra mümkün olub.

İşçilər 2 gün ərzində zədələnmiş sahəni bərpa edə biliblər.

Şirkətdən deyiblər ki, tezliklə magistral qaz kəmərinin yeni sahəsini yenidən tikmək niyyətindədirlər. Həmin sahə sürüşkən hesab edilən ərazidən yan keçəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!