23 Avqust, 2014
Biləsuvar sakinində külli miqdarda narkotik maddə tapıldı

Biləsuvar rayon sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Əzizovdan 350,01 qram tiryək götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əsgərovdan alması müəyyən edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə C. Əsgərov tutulub, ondan 0,038 qram heroin, evinə baxış zamanı isə 593,39 qram tiryək, 140,92 qram həşiş qatranı, 130,23 qram heroin və 2 ədəd elektron tərəzi (narkotik vasitələrin çəkisini müəyyən etmək üçün) aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!