23 Avqust, 2014
Əməkdar artist əməliyyat oldu

Dövlət Musiqili Teatrın aktyoru, əməkdar artist Novruz Qartal cərrahiyyə əməliyyatı keçirilib.

Simsar.azxəbər verir ki, ki, aktyorun APA-ya verdiyi məlumata görə, o, piy vəzisi şişindən əməliyyat olunub: “Belimdə şişin olmasından uzun müddət xəbərim olmayıb, ağrılarım yaranandan sonra həkim təcili əməliyyata götürdü. Hazırda özümü normal hiss edirəm. Həkimlər dedi ki, bir az geciksəydim, çirk qana keçəcəkdi. Bunun fəsadı çox pis ola bilərdi”.

N.Qartal əlavə edib ki, yeni teatr mövsümündən iş başında olacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!