23 Avqust, 2014
Pakistan-Hindistan sərhədində gərginlik – 2 ölü, 8 yaralı

Hindistan sərhəd qüvvələrinin, Pakistana atdığı hava zərbələri nəticəsində 2 vətəndaşın həyatını itirdiyi, 8 adamın yaralandığı bildirilib.

Simsar.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki,Hindistan sərhəd qüvvələri tərəfindən bu səhər atılan havan topları, Pakistanın Pəncab əyalətinə bağlı Sialkot bölgəsinin Charva qəsəbəsinə düşüb. Hücumda 1-i qadın olmaqla 2 vətəndaş həyatını itirib, 5-i qadın olmaqla 8 nəfər yaralanıb.

Pakistan ordusunun hücuma həmin anda cavab verdiyi açıqlanıb.

Hindistan əsgərləri dünən səhər də eyni qəsəbəyə hava zərbələri ilə hücum təşkil ediblər. Nəticədə bir neçə ev zərər görüb.

Hüeyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!