23 Avqust, 2014
Obama və Merkelin yeni tələbləri

İki lider, Rusiyanın Kiyevin razılığı olmadan Ukraynaya karvan göndərməsi məsələsini müzakirə ediblər.

Simsar.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki,  ABŞ prezidenti Barak Obama və Almaniya Baş naziri Angela Merkel, Rusiyanın Kiyevin razılığı olmadan Ukraynaya karvan göndərməsinin yeni bir təxribat olduğu və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozduğu mesajını veriblər.

Obama, Ukraynada davam edən böhranla əlaqədar olaraq Almaniya Baş naziri Merkel ilə telefonda danışıb.

Həmçinin Obama və Merkel, Ukrayna sərhədində çox sayda rus əsgərinin olmasının, Ukraynada Rus hərbi personalının varlığının və Rusiyanın Ukrayna torpaqlarına top atəşi açmasının təhlükəli olduğunu dilə gətirib.

İki lider Rusiyanın karvanı Ukrayna torpaqlarından çəkməsi, Ukraynada hər hansı bir humanitar yardım konvoyu üçün Ukrayna və Beynəlxalq Qızıl Xaç Təşkilatının şərtlərini qəbul etməsi lazım olduğunu vurğulayıblar.

Obama və Merkel, Rusiyanın sərhəd bölgəsindən hərbi güclərini çıxarmağı, Ukrayna torpaqlarından silahlarını, vasitələrini və personalını çəkərək gərginliyi azaltmasını istəyiblər.

Liderlər həmçinin sərhədin bağlanılması və atəşkəsin əhəmiyyətini vurğulayıblar.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!