23 Avqust, 2014
Qadın peşmərgələr İŞİD-ə qarşı döyüşə hazırlaşır - FOTOLAR

Qadın peşmərgələrin döyüşə hazırlaşması ilə bağlı fotolar yayımlanıb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyindəki qadın peşmərgə qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) döyüşçülərinə qarşı hazırlıq görürlər.

Xüsusilə, silahlı dəstədə 500-dən çox qadın peşmərgə İraqda gərgin gedən döyüşlər üçün daha effektiv təcrübə keçirlər. Qadın peşmərgələr "pulemyot", "Kalaşnikov" avtomatı və digər bu kimi çox sayda silahdan istifadə edə bilirlər.

Yaşları 18-45 arasında dəyişən qadın döyüşçülər xarici görünüşlərinə də laqeyd yanaşmırlar. Qadınlar rəngli dırnaqları, üzük, boyunbağı və sırğaları ilə diqqət çəkirlər.

İŞİD döyüşçüləri isə ən çox qadın döyüşçülər tərəfindən vurulmaqdan qorxurlar. Çünki İŞİD dəstələri qadınlar tərəfindən öldürülərsə şəhid olub cənnətə getməyəcəklərini düşünürlər.

Günel




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!