4 Aprel, 2011
İranda polis məntəqəsinə hücum

4 polis öldü, 2-si yaralandı

İranın İraq sərhədi yaxınlığında bir polis məntəqəsinə edilən hücumda 4 polis öldürülüb.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, İran xəbər agentliyinin məlumatına görə, kürd separatçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalara səhnə olan Merivan şəhərindəki polis məntəqəsinə hücum nəticəsində iki polis də yaralanıb.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Agentliklər hücumu PJAK terror təşkilatının törətmiş ola biləcəyini qeyd ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!