23 Avqust, 2014
İranda zəlzələ

Bu gün İranın Girmanşah vilayətinin Srumar şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.

Simsar.az IRNA agentliyinə istinadən məlumat verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:36-da (GMT +4:30) qeydə alınıb.

Zəlzələnin episentri yerin 15 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu yaxınlarda Girmanşah daxil olmaqla İranın qərb ərazisində bir neçə dəfə zəlzələ baş verib

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!