23 Avqust, 2014
Miqrantları daşıyan gəmi batdı

Liviyanın paytaxtı Tripoli yaxınlığında qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 15 nəfər ölüb, 170 nəfər itkin düşüb.

Simsar.azın xarici mətbuata  istinadən verdiyi xəbərə görə, 16 miqrantın xilas edildiyi bildirilir.

Avqustun 22-də batan əldəqayırma qayığın göyərtəsində 200 nəfər olub.

Qeyd edək ki, son bir ay ərzində onlarla qanunsuz miqrant Liviya sahillərində həyatını itirib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!