23 Avqust, 2014
Azərbaycan-Bolqarıstan oyunun biletləri satışa çıxarıldı

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan-Bolqarıstan oyununun biletləri satışa çıxarılıb.

Simsar.az xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarında, “28 Mall” Ticarət Mərkəzində və Nizami küçəsi, 123 ünvanında yerləşən “Bakcell” müştəri xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 manatdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!