23 Avqust, 2014
Silahlı Qüvvələrimizin nümayəndələri Almaniyaya yola düşəcək

Avqustun 25-dən 28-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı keçiriləcək. Daha iki tədbir isə Ştrausberq şəhərində (Almaniya) kütləvi informasiya vasitələri ilə əlaqədar ekspert görüşü, avqustun 26-dan sentbyarın 13-dək isə Qrafenvör şəhərində (Almaniya) "Combined Endeavor-2014" təlimi keçiriləcək

Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!