23 Avqust, 2014
Botoks mədə xərçəngini müalicə edir

Amerika və Norveç alimlər siçanlar üzərində apardığı araşdırmada, gözəllik salonlarına ən çox gəlir gətirən botoksun mədə xərçənginin müalicəsində təsirli ola biləcəyini göstəriblər.  Simsar.az xəbər verir ki, sinirlərin xərçəng kök hüceyrələrinə nəzarət etdiyini deyən  alimlər botoksla sinir axışını dayandıra biləcəklərini və beləcə mədə xərçənginin inkişaf etməsinin qarşısını ala biləcəklərini bildiriblər. Araşdırmaya imza atanlardan biri Timothu Vanq, sinir siqnallarının dayandırılmasının xərçəng hüceyrələrinin daha həssas vəziyyətə düşməsini təmin etdiyini, beləliklə də hüceyrələrin böyüməsinin qarşısını aldığını bildirib.

Alimlər mədə xərçənginə tutulan siçanlara 4 fərqli üsul istifadə edərək sinir axışını ortadan qaldırıblar və siçanlardakı şişin böyüməsinin qarşısını alıblar. Bundan başqa botoks və xərçəng dərmanlarının birlikdə istifadəsi siçanların ömürlərini də 100/35 dəfə uzadıb. Yaponiyada 37 xəstəyə tətbiq olunan testlər də uğurla nəticələnib.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!