4 Aprel, 2011
Korların gözləri "açılacaq"?

Yeni, inqilabi texnologiya sayəsində kor baba nəvəsini gördü...

Elias Konstantinopulos bu anı görmə qabiliyyətini itirəndən bəri arzulamışdı. O, nəvəsini görmək istəyirdi və gördlü də.
Simsar.az "Mail Online"a istinadən bildirir ki, ahıl Konstantinopulos indi normal görməsə də, insanları və ətrafındakı əşyaları ləkələr formasında "qavrayır".
"Nəvəmi artıq seçə bilirəm. Buna görə həkimlərə və Tanrıya minnətdaram" - 72 yaşlı baba deyib.

ABŞ-ın Merilend ştatındakı Qlen-Berni şədərində yaşayan Konstantinopulos yeni, "Bionic" adlanan xüsusi eynək vasitəsilə görmə qabiliyyətini qismən də olsa, bərpa edib.
Baltimordakı Con Hopkins Universitetində hazırlanmış bu texnologiya gözlərə xüsusi mikroçiplərin yerləşdirilməsini nəzərdə tutur.

Qurğu yüz minlərlə kara yenidən eşitmək imkanı verən kohlear implantantlara bənzəyir."Bionic" sistem beyin, onurğa beyni və sinirləri stimullaşdırmaq hesabına orqanizmin itirilmiş imkanlarını bərpa edən neyromodulyasiya sisteminə əsaslanır.

Gözə yerləşən mikroçiplər vasitəsilə alınan vizual siqnallar görmə sinirinə, daha sonra isə beyinə ötürülür və kor pasiyent bu minvalla işıqla qaranlığı seçir, daha sonra isə ətraf aləmi konturlarla görür.

"Bionic" sistem Kaliforniyadakı 2Second Sight" şirkətinin istehsal etdiyi "Argus II" qurğusundan istifadə edir.

ABŞ-da 4, Avropada isə 16 nəfər artıq bu qurğudan istifadə edir.
Korluğun mikroçiplər vasitəsilə aradan qaldırılmasına imkan verən sistemin qiyməti 100 min dollardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!