23 Avqust, 2014
İnnovativ texnologiyalar sahəsində layihə hazırlanır

Ukrayna Milli Elmlər Akademiyasının A. Podqornıy adına Maşınqayırma Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Oleq Kravçenko və “AP-İNVEST” şirkətinin nümayəndəsi Andrey Voytovski Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzində olublar.

AMEA-dan Simsar.az-a verilən məlumata görə, görüşdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov bu qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra innovativ texnologiyalar sahəsində hazırlanacaq birgə layihələrə dair fikir mübadiləsi aparılıb, elm və texnika sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!