23 Avqust, 2014
Bakıda 40 tonluq yanacaq çəni aşdı

Ötən gecə Yasamal rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinə qoşulan, tutumu 40 ton olan yanacaq çəni aşıb. Simsar.az  Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən xəbər verir ki, nəticədə ətrafa dağılan yanacaq 200 kv. m.  sahəyə yayılaraq yanğına səbəb olub.

Əraziyə dərhal FHN-nin yanğınsöndürənləri cəlb olunublar. Yaxınlıqdakı tikililər və ərazidə olan avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:42-də söndürülüb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!