23 Avqust, 2014
Balakəndə 75 yaşlı qadın özünü asdı

Balakəndə 75 yaşlı qadın intihar edib.

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 22-si saat 21:30 radələrində rayonun Katex kəndində qeydə alınıb.

Katex kənd sakini, 1939-cu il təvəllüdlü Şamsu Nəcməddin qızı Məmmədovanın meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində asılmış vəziyyətdə aşkar olunub.

Qadının hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!