23 Avqust, 2014
Ebola virusu üçün daha bir müalicə üsulu

Liberiyada ebola virusu ilə mübarizə apararkən həmin virusa yaxalanan həkimlər 33 yaşlı Kent Branli və 60 yaşlı Nensi Raytbol ötən gün xəstəxanadan evə buraxılıblar. Xəstəxanadan onların tamamilə sağaldığı deyilib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, 3 həftədir Atlantada müalicə alan hər iki həkimə Amerika istehsalı olan dərman verildiyi üçün sağaldığı bildirilir.

Çində isə virusu qısa müddətdə təyin edən xüsusi test hazırlanıb. Çin Hərbi Tibb Elmlər Akademiyası ebola virusunu 3-4 saat ərzində təyin edən testin istehsalı üçün icazə ala bildiklərini açıqlayıb. Bildirilib ki, test ebolanı tez təyin etməklə yanaşı onun qarşısını almağa da kömək edəcək.

Dünya Səhiyyə Təşkilatı isə bu günə qədər eboladan ölənlərin sayının 1350 nəfər olduğunu bildirib. Liberiyada iki gün ərzində 106 nəfər virus ucbatından həyatını itirib. Yerli rəsmilər isə ölənlərin sayının daha çox olduğunu açıqlayıblar.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!