4 Aprel, 2011
Hollivud ulduzu Türkiyədə

Amerikalı məşhur aktyor, rejissor, ssenarist, “Oskar” mükafatı sahibi 38 yaşlı Ben Afflek bu gün Türkiyəyə gəlib 

Simsar.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Türkiyə Hava Yollarının təyyarəsi ilə gizlicə Nyu-Yorkdan İstanbula gələn Ben Afflek jurnalistlərin gözündən yayına bilməyib. Atatürk Hava Limanında jurnalistləri qarşısında görən aktyor təəccübünü gizlədə bilməyib və hər hansı açıqlama vermədən hava limanından ayrılıb. Ben Afflekin səfərinin məqsədi məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!