22 Avqust, 2014
Superkubokun sahibi müəyyənləşir

Bu gecə İspaniya superkubokunun sahibi bəlli olacaq.

Simsar.z-ın məlumatına görə, həlledici oyunda Madridin “Atletiko” və "Real" klubları üz-üzə gələcək.

"Atletiko" son ölkə çempionu, "Real" isə Kral kubokunun qalibidir.

Bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşü Bakı vaxtı ilə saat 01:30-da start götürəcək.

Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya superkubokunu qazanıb. "Real" isə buna qədər 9 dəfə bu mükafa sahib olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!