22 Avqust, 2014
Naxçıvanda döyülən jurnalist – FOTOLAR

Naxçıvanda fəaliyyət göstərən jurnalist İlqar Nəsibov qəddarcasına döyülüb.

Simsar.az Meydan.tv-yə istinadən xəbər verir ki, o avqustun 21-də ofisində döyülüb. Jurnalist onu döyənlərdən birini tanısa da, hələ də hadisə ilə bağlı cinayət işi açılmayıb. Hazırda o reanimasiya şöbəsindədir. Həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova deyir ki, onlara dəfələrlə MTN əməkdaşları hədə-qorxu gəliblər: “Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!