22 Avqust, 2014
Azərsu: "24 saat su olmayacaq"

Nəsimi və Səbail rayonlarının bir hissəsində içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.

“Azərsu” ASC –dən Simsar.az-a daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması  işləri çərçivəsində  ərazidən keçən su və kanalizasiya xətlərinin  dəyişdirilməsi ilə əlaqədar  23 avqust 2014-cü il tarixdə  saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!