22 Avqust, 2014
Maqomayevin “Şah İsmayıl”ı tamaşaya qoyulacaq

Yeni teatr mövsümündə Opera və Balet Teatrının səhnəsində Müslüm Maqomayevin “Şah İsmayıl” operası oynanılacaq.

Simsar.az-ın məlumatına görə, səhnə əsərində Ərəbzəngi rolunu teatrın solisti Vüsalə Musayeva, Şah İsmayıl rolunu isə Təyyar Bayramov ifa edəcək.

Tamaşaya əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!