22 Avqust, 2014
Amerikalı jurnalistin başını kəsənin kimliyi bilindi

Böyük Britaniya xüsusi xidmət orqanları amerikalı jurnalistin başının kəsildiyini əks etdirən videoda London sakinlərinin “kokni” dialekti ilə danışan Con “Bitl”ın şəxsiyyətini müəyyən edib.

Simsar.az-ın məlumatına görə, bu barədə Britaniyanın “Sun” qəzeti yazıb.

Qeyd olunur ki, həmin şəxs İslamı qəbul edərək Londonun “Tower Hamlets” məhəlləsindən Suriyaya döyüşməyə yollanıb. Onun adı və soyadı hələlik açıqlanmır.

Bildirilir ki, Suriya, İraq və Livanda döyüşən 500 Britaniya təbəəsinin yarısı London sakinləridir.

BBC isə xəbər verir ki, “Bitl” ləqəbli ingilisin rəhbərlik etdiyi dəstə “İslam dövləti” qruplaşmasının tərkibində girovların saxlanılması üzrə ixtisaslaşıb. Hazırda silahlıların düşərgələrində qadınlar da daxil olmaqla, 20-dək girovun saxlanıldığı iddia edirlir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!