22 Avqust, 2014
İlham və Fərizənin məzarındakı hadisə ilə bağlı - Cinayət işi açıldı

Baş Prokurorluq Şəhidlər Xiyabanındakı hadisə ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!