22 Avqust, 2014
"Bakıda bizə daha asan olacaq"

"Partizan" klubunun yarımmüdafiəçisi Petar Qrbiç Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" ilə ilk oyunu (3:2) haqda danışıb.

Simsar.az-ın məlumatına görə, "Neftçi"nin qapısına vurulan ikinci qolun müəllifi olan 26 yaşlı futbolçu Serbiya mətbuatına açıqlamasında Bakıda onlara daha asan olacağını bildirib:

"Geridönüş edərək qələbə qazandığımız üçün çox şadam. Komandamla fəxr edirəm. Oyunun əvvəlində üzərimizdə böyük təzyiq var idi və bu səbəbdən iki qol buraxdıq. Komanda yoldaşlarım əsl döyüşçüdürlər. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şans əldə etmişik. Daha çox qol vura bilərdik. Təəssüf ki, böyük hesabla qalib gəlmədik. Ancaq əminəm ki, bu oyunla müqayisədə Bakıda bizə daha asan olacaq".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!