22 Avqust, 2014
Bağırsaq bakteriyaları psixologiyaya təsir göstərir

Amerikalı alimlər bağırsaq florasının ruhi vəziyyəti dəyişərək “damaq zövqü”nə təsir edə bildiyini iddia edirlər. Simsar.az xəbər verir ki, alimlərin fikrincə, bağırsaqdakı fərqli qidalara üstünlük verən bakteriyalar daxili ifrazat və sinir sisteminə siqnallar göndərə bilir. Daha sonra psixoloji vəziyyətinə təsir etdiyi şəxsi uyğun qidaya istiqamətləndirir.

Tədqiqatçılardan Athena Aktipis, bakteriyaların eyni zamanda bəzi toksinlər ifraz edərək insanın özünü pis hiss etməsinə, bəzi hallarda isə kökəlməsinə gətirib çıxara biləcəyini irəli sürüb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!