22 Avqust, 2014
Cüdoçularımız Dünya Çempionatına yollanacaq

Avqustun 25-dən 31-dək Çelyabinskdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Simsar.az xəbər verir ki, mundialda Azərbaycanın doqquz cüdoçusu birincilik uğrunda mübarizə aparacaq.

Millimizin heyətində Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) yer alıblar.

Çempionatda 751 cüdoçu birincilik uğrunda yarışacaq.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!