22 Avqust, 2014
Mərkəzi Bankdan 3000 manatlıq müsabiqə

Sosial əhəmiyyətli dövlət resursuna çevrilən Hökumət Ödəniş Portalının media rekvizitlərinin uyğunlaşdırılması məqsədi ilə loqotipinin konseptual yenilənməsi nəzərdə tutulub.

Mərkəzi Bankın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, HÖP-ün yeni loqotip dizaynını üçün Mərkəzi Bank tərəfindən 30 sentyabradək beynəlxalq müsabiqə keçiriləcək. Müsabiqənin nəticələrinə uyğun olaraq qalibə 3000 manat məbləğində pul mükafatı veriləcək.

Eskizlərin təqdim olunma şərtləri Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, portalın məqsədi vergi, rüsum və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsinə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsini təmin edilməkdir. Onun infrastrukturuna hazırda ölkədə fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, stasionar telefon xidməti üzrə qurumlar və bir mobil telefon operatoru inteqrasiya olunub.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!