22 Avqust, 2014
Yunanıstanda “Erməni soyqrımı yalandır” deyən cəzalandırılacaq

Yunanıstan Ədalət Naziri Athansiu, 26-27 avqustda parlamentdə müzakirə edilərək səsverməyə çıxarılacaq “İrqçilik əlehinə” adlı qanun layihəsinə, ermənilərin lehinə yeni maddə əlavə ediləcəyini deyib. Bu yeni maddəyə görə, erməni “soyqrımı” iddiasının inkar edilməsi cinayət hesab ediləcək.

İqtidar partiyası Yeni Demokratiyanın 38 millətvəkilinin Baş Nazir Andonis Samarasa göndərdikləri bir məktubla, qanun layihəsinə Yunan Parlamentinin tanıdığı “soyqrımların” daxil edilməsini istəmələri və əks təqdirdə “hə” səsi verməyəcəkləri ilə hədələmələrindən sonra, açıqlama verən ədalət naziri Athansiu, millətvkillərini, “narahat olmağa etiyyac yoxdur” deyə sakitləşdirib.

Nazir bildirib ki, “Yunan parlamentinin, eləcə də beynəlxalq və yunan məhkəmələrinin dəyişməz qərarla qəbul etdikləri soyqrımların inkarı və təhqiri cinayət sayılacaq”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!