21 Avqust, 2014
Xına yaxan əməkdar artistdən "Gözləyirəm" - VİDEO

Simsar.az xəbər verir ki, Əməkdar artist Tünzalə Ağayeva bu günlərdə yeni "Gözləyirəm" mahnısını tamaşaçılarına təqdim edib.

Sözləri Qənirə Paşayeva, musiqisi Tünzalə Ağayeva, aranjman Emin Kerimi, masterinq Donny Von Geyerə məxsus olan mahnının Youtube cover'i üçün çəkilən fotosessiyasında Tünzalə xanım Body Art'dan istifadə edib.

Son zamanlar Tünzalə xanımın öz üzərində istifadə etdiyi müxtəlif body art bəzək və naxışları ilə bağlı media müxtəlif söz-söhbet yaratdı.

Bununla bağlı Tünzalə xanım oxucularımızı belə məlumatlandırdı:

"Ta qədimdən bu yana qadınlar xına ilə özlərinə bəzək vurublar, bu gün də bu sənət növü aktuallığını itirmir.

Mənim istifadə etdiyim naxışlar da mediada yazıldığı kimi tatu, döymə deyil, sadəcə  xınadı və bu sənət növünü sevdiyim üçün  zaman-zaman istifadə etməyi düşünürəm"

"Gözləyirəm" Youtube cover-foto Nəriman Məmmədzadə,Body Art Ülviyyə Musayeva, geyim Gülnarə Xəlilova Moda evi, saç Saxara.

Mahnını artıq ITunes Store'dan

https://itunes.apple.com/au/album/gozleyirem-single/id906662078

və YouTube 'da Baku Music Factory' dən

http://youtu.be/K3VKsmY--OY

dinləyə bilərsiniz.


Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!