21 Avqust, 2014
Donetskdə məscidə mərmi düşdü

"Atəşlər nəticəsində Donetsk şəhərinin baş məscidi zərər çəkib.

Simsar.az-ın məlumatına görə, bu haqda müfti Səid xəbər yayıb.

"Yaxşı ki, mərmilər minarəyə düşmədilər. Əgər minarə dağılsaydı, onda o günbəzi deşərdi və divarlar dağılardı", - deyə müfti yazıb.

Bundan başqa Donetskdə Gürcüstan konsulluğunun binası da mərminin düşməsi nəticəsində zədələr alıb. Bu məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi verib.

Nazirliyin məlumatına görə, mərminin düşməsi nəticəsində zərər çəkən və ölənlərin olmadığı deyilir, çünki konsulluğun əməkdaşları daha əvvəl şəhəri tərk ediblər.

Xatırladaq, bu səhər Donetskdə artilleriya atəşi nəticəsində fondlarında 120 mindən çox eksponat olan Donetsk ölkəşünaslıq muzeyi də dağıdılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!