21 Avqust, 2014
Poroşenkodan etiraf: “Müharibə istəmirik"

Ukraynanın prezidenti Pyotr Poroşenko ölkənin şərqində separatçılara qarşı güc tətbiq etməklə qalib gələ bilməyəcəklərini etiraf edib.

Simsar.az xəbər verir ki, BMT Baş katibinin siyasi işlər üzrə müavini Jeffrey Feltman ilə Kiyevdə bir araya gələn Poroşenko məslənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bildirib.

Ölkənin şərqində yaranan böhranın həlli istiqamətində yalnız danışıqlar yolunun seçilməsini vurğulayan Poroşenko dialoqa başlanılmasının vacib olduğunu bildirib: “Donetsk və Luqanskda xalq sülh istəyir. Təklif etdiyimiz sülh planı çərçivəsində hərəkət etməliyik. Böhranın həlli hərbi əməliyyatlarda deyil”.

BMT rəsmisi Feltman isə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirərək Poroşenkonu sentyabr ayında Nyu Yorkda keçiriləcək BMT-nin ümumi toplantısına dəvət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!