21 Avqust, 2014
Evində ölü halda tapıldı

Bakıda mənzildə 44 yaşlı kişi meyiti tapılıb.

Simsar.az xəbər verir ki, rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda 1970-ci il təvəllüdlü Qaynulov Marat Rəfailoviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən M.Qaynulovun meyiti döşəmədə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!