21 Avqust, 2014
Flaqman serblərə qarşı

Tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamağa yaxın olan “Neftçi” bu gün təsnifat mərhələsində son səfər oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibi Serbiyada yerli “Partizan”ın qonağı olacaq.

Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl uduzmadığı Belqraddan yenə müsbət nəticə ilə dönməyə çalışacaq. Gələn həftə Bakıda baş tutacaq cavab oyununa şanslarını qorumaq üçün “Neftçi” uduzmamalıdır.

Çilili bombardiri Nikolas Kanalesi də geri qaytaran cari mövsüm avrokuboklardakı səfər matçlarında uğurla çıxış edib. Bu seriyanı davam etdirmək niyyətində olan bakılılar qitə miqyaslı turnirlərdə 15-ci qələbənin də astanasındadır.

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

21 avqust

23:15. "Partizan" (Serbiya) - "Neftçi"

Baş hakim: Hüseyin Göcek

Belqrad. “Partizan” stadionu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!