21 Avqust, 2014
İŞİD-li qadınlar da cəlladlıq istəyirlər

İŞİD kəsdiyi başlar və digər insanlığa sığmayan əməlləri ilə dəhşət saçmağa davam edir. Artıq İŞİD-li qadınlar da baş kəsmək həvəsinə düşüblər. Terror təşkilatının bir qadın üzvü qan donduran mesaj verib.

Khadijah Dare olduğu öyrənilən İngiltərə vətəndaşı qadın sosial şəbəkədə, “İŞİD-in ilk qadın edamçısı olmaq istəyirəm” – yazıb.

İŞİD-li qadın 2012-ci ildən bəri Suriyanın Rakka şəhərində, İsveç vətəndaşı olan əri Əbu Bəkirlə birlikdə yaşayır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!