21 Avqust, 2014
Azərbaycanla BƏƏ arasında miqrasiya sövdələşməsi

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə avqustun 17-də Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini general - mayor Obeyd Moheyr bin Surur ilə görüş keçirib.

Simsar.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Baş konsul P.İsmayılzadə həmsöhbətinə son illər ərzində ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, AR Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

P.İsmayılzadə həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş Aerovağzal kompleksi barədə məlumat verib. Baş konsul Azərbaycan Respublikası ilə Əmirliklər arasında miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Obeyd Moheyr bin Surur Dubay Əmirliyinin ölkəmiz ilə miqrasiya sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!