21 Avqust, 2014
Hindistanda avtobus aşdı: 22 ölü

Hindistanın şimalında meydana gələn qəzada avtobus uçuruma yuvarlanıb.

Simsar.az xəbər verir ki, Himachal Pradeş əyalətindəki qəzada dağ yolunda irəliləyən avtobusun aşma səbəbi hələlik bəlli deyil.  Mövzu ilə bağlı məlumat verən bölgə nümayəndəsi Santu Lal cəsədlərin polis və könüllülərin köməyi ilə 150 metrlik uçurumdan güclə çıxardıqlarını söyləyib. Şahidlər sürücünün avtobusun üstündə də sərnişin daşıdığını deyiblər.  Qəzadan yaralı xilas olan 17 sərnişindən 12-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, dünyanın ən təhlükəli quru yoluna sahib olan Hindistanda baxımsız yollar və köhnə maşınlar səbəbindən meydana gələn qəzalarda hər il təxminən 110000 insan həyatını itirir.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!