4 Aprel, 2011
Mədəniyyət və Turizm Nazirliyi işçi axtarır

Müsahibə aprelin 4-dən 18-dək keçiriləcək

Müsahibədə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisaslaşmış dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak üçün ərizələr aprelin 4-dən 18-dək şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə iştirak etmək istəyənlər ətraflı məlumat üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilə bilərlər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!