21 Avqust, 2014
İsrail hərbi raketləri uşaqları hədəf alır - FOTOLAR

İsrail hərbi təyyarələrinin Qəzzaya hücumu zamanı 3-ü uşaq olmaqla 4 fələstinli ölüb.

İsrailin atəşkəs pozulduqdan sonra Qəzzaya növbəti hava hücumları zamanı, bir ailə hədəf alınıb. Hücumda ailə üzvlərindən 7 yaşlı Ömər Nasir, 8 yaşlı Abdulla Tarık, 11 yaşlı Məhəmməd Ziyad və 35 yaşlı Nasr ər-Rifi İsrail raketinin qurbanı olublar. Bununla da Qəzza hadisələrində ölən fələstinlilərin sayı 2065-ə yüksəlib.

Övladı raket hücumlarında ölən bir uşağın atası isə xəstəxanada ölüm xəbərini eşitdikdə, şok keçirib. Onu sakitləşdirmək mümkün olmayıb.

Həmin fotoları təqdim edirik:

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!