21 Avqust, 2014
“Qarabağ” - “Tvente” dueli - YENİDƏN

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Simsar.Az-ın məlumatına görə,  “Neftçi” ilə yanaşı “Qarabağ” da bu gün meydana çıxacaq.

Ağdam təmsilçisi  öz meydanında Hollandiyanın “Tvente” klubunu qıbul edəcək . “Tvente” Qurban Qurbanovun komandası üçün tanış rəqibdir. 2009-cu ildə “Qarabağ” məhz Avroliqanın pley-off mərhələsində o dövrdə Hollandiya çempionu olan “Tvente” ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan komandamız doğma meydanında qolsuz heç-heçə ilə meydanı tərk edib. Bununla da qrup mərhələsinə “Tvente” yüksəlib. Bu mənada “Qarabağ” üçün bugünkü görüşü revanş da adlandırmaq olar.

Qarşılaşmanın start fiti  saat 21:00-da veriləcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.

21 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)

Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!