21 Avqust, 2014
Vüsalə Musayeva Leylini Ərəbzəngiyə dəyişdi

Opera və Balet Teatrının solisti Vüsalə Musayeva yeni obraza hazırlaşır. O, Simsar.az-a bildirib ki, teatrın yeni sezonunda ”Şah İsmayıl" operasında  Ərəbzəngi obrazını canlandıracaq. Səhnə əsərinə əməkdar incəsənət xadimi, rejissor Hafiz  Quliyev quruluş verir: “ Ərəbzəngi obrazında efirdən Rübabə Muradova, Gülxar Həsənova, Sahibə Əhmədova , Həqiqət Razayevanı izləmişəm. Həmişə tamaşaçılar qarşısında zərif qəhrəmanları canlandırmışam. Bu dəfə isə qəhrəman bir qadın obrazını ifa edəcəm. Düşünürəm ki, qəhrəman obrazını canlandırmaq mənə bir az çətin olacaq. Çünki qılınc idarə etmək üçün çox məşq etməli olacam. Qılınc çox ağırdır, qollarım ona dözməz. Amma ümid edirəm ki, Allahın mənə verdiyi daxili güc və sevgi bu obrazı canlandırmağa nəsib edəcək və kömək edəcək”.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!