21 Avqust, 2014
“Hacı Şahini şeyxülislam edənlər...” – AÇIQLAMA

“O fətvanı mən verməmişəm, məndən soruşulub ki, filan kitabda bu məsələ var? Demişəm, bəli var”.

Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli Simsar.az-a danışıb. O, Qafqaz Müsəlmanlar İdarəsinə (QMİ) sədr təyin olunması ilə bağlı yayılan xəbərlərə və səs-küylü cinsiyyət dəyişdirilməsi məsələsinə münsibət bildirərkən yanlış anlaşılmaları düzəldib.

“Şeyxülislam işinin öhdəsindən lazimi qədər gəlir”.

O bildirib ki, bu tamamilə yalnış məlumatdı: “Mən bu gün QMİ-də təmsil olunuram. İdarənin səlahiyyətli nümayəndəsi sayılıram. Ümumiyyətlə, QMİ-nin sədrini seçmək, o qurumun öz səlahiyyətində olan bir məsələdi. Yəni həmin şəxs seçki yolu ilə seçilir. Ümumiyyətlə gündəmdə belə bir məsələ yoxdu. Bu qurumun sədri şeyxülislamdı. Mən düşünürəm ki, o, öz işinin öhtəsindən lazimi qədər gəlir. Yəni bu məsələləri gündəmə gətirilməsi əslində kimisə kiməsə qarşı qoymaq məqsədi daşıyırdı. Kənar təsirləri də istisna etmirəm. Məktubların mətnindən hiss olunurdu ki, onu yazanlar radikal cərəyanlara mənsub olan insanlardı”.

“Məndən soruşulub ki, bu filan kitabda yazılıb?”

Hacı Şahin cinsiyyətin dəyişilməsiylə bağlı olan məsələyə də aydınlıq gətirib: “Əvvəla onu qeyd edim ki, bu mənim fikrim deyil. Mən fətva verməmişəm, bu şəriyyətdə mövcud olan fikirlərdən biridi - “Müəyyən yaş dönəmindən sonra bəzi insanlarda hormonal pozuntu ola bilər”. Yəni iki cinsli insanlar var. Müəyyən fiziki qüsurlu olan insanların öz cinsini aşkarlayıb cərrahiyyə üsuluyla o cinsə uyğunlaşmasından söhbət gedir. Bu mənim sözüm deyildi, mənim fikrim deyildi. Şəriyətdə bu barədə fikir var. Məsələn, sizdən soruşurlar ki, filan şair filan şeiri yazıb? Siz də deyirsiz ki, yazıb. Sonradan deyirlər ki, görün bu nə dedi. Məndən soruşulub ki, bu filan kitabda yazılıb? Demişəm ki, bəli yazılıb. Müsahibəni internet televizyalarının biri alınmışdı. Ramazan ayında şəriyətlə bağlı müxtəlif suallar verdilər. Həmin məsələni isə konteksdən çıxarıb, şok fətva kimi verdilər. Belə təqdim olunması təbii ki gülməli və qeyri ciddi idi. Bir sıra saytlarada da bildirdim ki, hər bir imzasız məktubu tirajlayıb yazmaq düz deyil.”

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!