21 Avqust, 2014
Jurnalist bədbəxt hadisə nəticəsində öldü

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Füzuli Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!