21 Avqust, 2014
Qırmızı çanta görüldü! – Müharibə başlayır?

ABŞ-lı juurnalist James Foleyin başını kəsərək öldürən İŞİD üzvünün London ləhcəsiylə danışan bir ingilis olduğu iddia edilməsindən sonra İngiltərə Baş Naziri, “müharibə xəbərçisi” qırmızı gizli sənəd çantasıyla tətilini yarıda kəsib ölkəyə dönüb.

Baş Nazir David Kameronun hökumət binasına girərkən əlində ingilislərin ənənəvi olaraq 150 ildir istifadə etdiyi tarixi qırmızı sənəd çantasının olması diqqət çəkib.

Məlumat üçün bildirək ki, 1982-ci ildə Marqaret Teççer qırmızı çanta ilə göründükdən sonra Falkland müharibəsi başlamışdı. 1991-ci ildə Körfəz Müharibəsi öncəsi Baş Nazir Con Majorun əlində yenə bu çanta görünmüşdü. 2003-də Tony Bleyrin əlində görünən bu qırmızı çanta, İraq müharibəsinin xəbərçisi olmuşdu.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!