21 Avqust, 2014
600 yezidi qadının yeri məlum oldu

İŞİD 600 yezidi gənc qızı, İraqın Telafər şəhərindəki Əl-Asar məktəbində əsirlikdə saxlayır.

İraq İnsan Haqqları Naziri Məhəmməd Şiya es-Sudani, “İŞİD, 600 yezidi gənc qızı Telafərdəki El-Asar məktəbində saxlayır. Gənc qızlar fiziki və mənəvi işgəncəyə məruz qalırlar” deyib.

Mətbuat toplantısı keçirərək açıqlama verən Nazir, İŞİD-in 420 yezidini öldürdüyünü və 690 şiə qadını da əsir saxladığını açıqlayaraq, bölgədəki vəziyyətin gedərək daha təhlükəli hal aldığını deyib.

İraqlı nazir, 75 şiə qadının da məzhəp problemlərindən Sincarda, 15 qızın isə Əl-Buheyrat bölgəsində əsir saxlandığını bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!