21 Avqust, 2014
Akif Nağı DAK-ı qınadı – TƏŞƏBBÜŞ GÖSTƏRİLMİR

Bir zamanlar Qarabağda və Qərbi Azərbaycanda  gedən proseslər bu gün İraqda da gedir.

Simsar.az xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Dünya Azərbaycanlıları Konqresinin  (DAK) keçirdiyi “Yaxın Şərq Olayları və İraq türkmənlərinin taleyi” mövzusunda “dəyirmi masa”da deyib.

O, bildirib ki, nə İŞİD, nə də Əl-Qaidə müsəlmanların işi deyil: “Bu təşkilatların başında dayananların əksəriyyəti qeyri-müsəlmanlardır. Onlar İslam və türk dünyasını məhv etmək məqsədi güdürlər. Bu gün İraqda baş verənlər hadisələrin birbaşa Azərbaycana da təsiri ola bilər. Yaradılacaq kürd dövləti alət kimi türklərə qarşı istifadə olunacaq. Bu baxımdan DAK dövlət səviyyəsində bu məsələnin qarşısını almaq üçün təşəbbüs göstərməlidir”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!