4 Aprel, 2011
Mərkəzi Bank mühüm statistik rəqəmlər açıqladı

Pul kütləsinin və depozitn həcmi, bankomantların sayı bilindi

2011-ci il mart ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7 milyard 907,7 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,1% artıb. Mərkəzi Bankın mətbuat xidmətindən simsar.az-a daxil olan məlumata görə, 2011-ci il martın 1-nə olan pul kütləsinin 5 milyard 363,1 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 192,4 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 352,2 milyon manatı isə müddətli depozitlərin payına düşüb. 

Məlumatda 2011-ci il mart ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayının 1912 ədəd olduğu da əksini tapıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 198 ədəd çoxdur. Cari ilin martın 1-nə bankomatların 1065-i Bakı şəhərində, 847-si isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 7983 ədəd olub. Cari dövrdə pos-terminalların 7175-i Bakı şəhərində, 808-i isə digər regionlarda yerləşir.

Mərkəzi Bankın mətbuat xidməti 2011-ci il mart ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ilə bağlı da məlumat yayıb. Keçən ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 4 milyon 284 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 milyon 57 min ədəd oub. Onlardan 95%-i debet kartlarının payına düşür.


2011-ci il mart ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmini göstərən statistik rəqəmlər isə bunlardır. Cəmi 5 milyard 209,8 milyon manat. Bunun 3 milyard 142,9 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,7% çoxdur.

2011-ci il martın 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 487,7 milyon manatı (47,3%) manatla, 1 milyard 655 milyon manatı (52,7%) isə xarici valyuta ilə cəlb edilib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!