20 Avqust, 2014
Eks-prezident həbsxanada anbardar işləyir

Münxenin “Bavariya” futbol klubunun eks-prezidenti, vergidən yayındığına görə həbs olunan Uli Hennes Landsberq Lex həbsxanasında anbardar kimi işə düzəlib. Onun məvacibi bir saat üçün 1, 2 avrodur.

Simsar.az-ın məlumatına görə, AzərTAc bunu İTAR-TASS-a istinadla xəbər verir.

Münxen klubunun keçmiş rəhbərinin iş günü səhər saat doqquzdan saat dördün yarısınadək davam edir. Həbsxana rəhbərliyi Hennesin işindən razıdır və hesab edir ki, onun öz məvacibini saatda 1,87 avroya çatdırmağa gücü çatar.

Aydındır ki, israfçılığa görə həbs olunan 62 yaşlı Hennes pul üçün yox, cəza müddətini azaltmaq üçün işləyir.

Martın 13-də Münxen məhkəməsi vergidən yayındığı üçün Hennesi üç il altı ay müddətində həbsə məhkum edib. Prokurorluğun məlumatına görə, eks-prezident dövlətdən 27 milyon avro gizlədib.

İttihamçı tərəf Hennesə 5,5 il həbs istəmişdi. Lakin məhkəmə yumşaldıcı hal kimi ötən ilin yanvarında futbol klubu prezidentinin təqsirli olduğunun özü tərəfindən qanuniləşdirdiyini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığını və günahını tamamilə etiraf etdiyini nəzərə almışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!