20 Avqust, 2014
Ermənistan məktəbində türkiyəli tələbələr də oxuyacaq

Ermənistanda Dilican Beynəlxalq Məktəbi (UWC Dilican) fəaliyyətə başlayacaq.  Dərslərə bu ilin oktyabrında start veriləcək beynəlxalq məktəbdə ilk mövsümdə 100 nəfər tələbə təhsil alacaq. Simsar.az erməni mətbuatına istinadən məlumat verir ki, növbəti 9 il ərzində həmin göstəricinin 650-yə çatması gözlənilir.

Dəyəri 150 milyon dollar olan beynəlxalq məktəbdə təhsil almaq üçün Ermənistana 2 kürd, 1 türk,

digəri erməni olmaqla 4 Türkiyə vətəndaşı da gəlib. Məktəbin səhmdarları arasında Rusiyanın 30-dan artıq iri holdinqinin rəhbərləri yer alıb.

Rusiya “Sberbank”nın məsləhətçisi, həyat yoldaşı Ruben Vardanyanla birlikdə məktəbin əsasını qoyan Viktoriya Zonabendin sözlərinə, görə məqsəd erməni uşaqlarına beynəlxalq səviyyəli təhsil verməklə yanaşı türk-erməni münasibətlərini humanitar yolla yaxınlaşdırmaqdan ibarətdir.


Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!